GƏLƏCƏYİN DÜNYASINA BİZİMLƏ ADDIMLAYIN

İT sahəsini real təcrübələrə əsaslanan təlim metodları vasitəsilə öyrənin.

"Novum" şirkəti Microsoftun bulud texnologiyalarından istifadə etməklə müştərilər üçün data ekosistemi və data həlləri hazırlanması xidmətləri üzrə ixtisaslaşmışdır. Eyni zamanda şirkət yerli bazarda ilk olaraq, "Data & AI" üzrə Microsoft – un Solution Partnyoru olub, real biznes sahəsində onlarla böyük layihədən əldə edilmiş təcrübəyə malikdir. Məhz bu işlərlə əlaqədar olaraq Microsoft şirkəti "Novum"u partnyorlarının uğur hekayələri yer alan beynəlxalq bloquna daxil etmişdir.

https://customers.microsoft.com/en-us/story/1490564069082250874-avromed-pharmaceuticals-azure-en-azerbaijan

Proqramlaşdırma, Data Analitikası və s. sahələri öyrənmək göründüyü qədər çətin olmasa da, asan da deyil. Əsas olan doğru insanlarla düzgün öyrənməkdir.

Gələcək professional kariyeranızı qurmaq üçün bunu, neçə illər ərzində həyata keçirdiyi böyük layihələrdən əldə etdiyi təcrübəni akademik potensialı ilə birləşdirən beynəlxalq sertifikatlı Novum Digital Academy komandasına həvalə edə bilərsiniz.

Power BI şirkətlərə nə üçün lazımdır ?

"Müasir dövrdə məlumatların modelləşdirilməsi və vizual hesabata çevrilməsi böyük şirkətlərin məlumat əsasında qərar qəbul etməyə imkan verən işlərindən birinə çevrildi. Microsoft tərəfindən hazırlanmış bir alət olan Power BI, idarə panellərini və hesabatları hazırlamaqla çoxlu məlumat yönümlü həllər və məlumata əsaslanan idarəetmə mühitini yaratmaq qabiliyyətinə malikdir. Belə inteqrasiyanın faydaları Maliyyə, Təchizat Zənciri, İstehsalat, Satış və Marketinq, Əməliyyatlar və İdarəetmə, HR kimi bütün sahələrdə görünə bilər.

Lakin, qeyd edilən prosesləri aparan zaman məlumatın həcmi böyüdükcə, sadəcə Power BI bizə köməklik etməkdə çətinlik çəkə bilər. Bunun üçün hər hansı bir verilənlər bazası texnologiyalarından birini, məsələn MsSQL istifadə etmək lazım olur. bəs MsSQL burada necə istifadə olunur? Başqa hansı texnoligiyalar lazımdır? Bu və bənzər sualların cavabını tapıb real layihələrdə istifadə edərək kariyera yüksəlişi etmək istiyirsənsə, deməli doğru ünvandasan. Elə indi bizə müraciət et!

C# ilə sərhədləri YOX edin!

Proqramlaşdırma dünyada ən çox tələbat olan sahələrdən biridir. İstər data, istər mobil, istərsə də veb proqramlaşdırma sahəsində axtarılan mütəxəssis olmaq istiyirsinizsə, yaxşı proqramlaşdırma biliklərinə sahib olmalısınız. Dünyada və ölkəmizdə ən çox istifadə edilən proqramlaşdırma dillərindən biri C# dilidir. Mobil və veb tətbiqlərin, eyni zamanda oyunların yaradılmasında C# ən çox istifadə edilən proqrmlaşdırma dillərindən biridir. Microsoft tərəfindən əsası qoyulan bu texnologiyadan Accenture, City National Bank və digər başqa böyük şirkətlər və banklar müxtəlif sahələrə tətbiq etməklə faydalanırlar. Yaxşı proqramçı olmaq üçün düzgün resurslardan istifadə etməli və müəllimlərdən öyrənmək lazımdır. Sən də bizimlə C# dilini öyrənməklə böyük sorğularla işləyə biləcək veb tətbiqləri yaradıb gələcək kariyeranı belə böyük şirkətlərdə davam etdirə bilərsən. İlk addımı indi at, qeydiyyatdan keç!

Data Science - in gücünü bizimlə kəşf edin!

Sənayenin və informasiya texnologiyalarının inkişafı saniyələr ərzində qiqabaytlarla informasiya axını deməkdir. İnformasiya düzgün işləndikdə isə bu sənayenin düzgün formalaşmasına çox ciddi təkan verir. Bu səbəbdən Data Science - ə olan tələbat hər gün artır. Axtarılan mütəxəssis olmaq elədə çətin deyil. Karyeranı qurmağa elə indi qeydiyyatdan keçməklə başla!